Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2025 13:24
"Danone" MMC ləğv olunduğunu elan edib.
Sonxeber.net bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Danone" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 390 min manatdır. Şirkət süd məhsulları sektorunda tanınmış brendlərin Azərbaycana idxalı ilə məşğul olub.