Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' yeni transferinə bu qədər xərcləyib - Yenilənib

''Qarabağ'' yeni transferinə bu qədər xərcləyib - Yenilənib

Tarix: 12 Iyul 2025 12:58

"Qarabağ" klubunun Kot-d'İvuardan olan futbolçusu Kris Kukau üçün etdiyi ödəniş bəlli olub.

Sonxeber.net xəbər verir ki, "Köhlən atlar" 182 sm boyu olan mərkəz yarımmüdafiəçisi üçün 300 min avro ödəniş ediblər.

Qeyd edək ki, 25 yaşlı futbolçu son mövsümdə Portuqaliya 2-ci Liqasında 32 oyunda 2 qolla yadda qalıb.

--------------

2025.07.11

"Qarabağ" heyətini növbəti transferlə gücləndirib. Ağdam təmsilçisi Kris Kuaku ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fil Dişi Sahilindən olan 25 yaşlı yarımmüdafiəçi ilə 2+2 illik müqavilə imzalanıb. O, "Qarabağ"da 6 nömrəli forma ilə çıxış edəcək.

Kuakunun son klubu Portuqaliya "Mafra"sı olub. O, karyerası ərzində 152 oyuna çıxaraq 5 qol vurub və 4 qolun ötürməsini edib. 

Qeyd edək ki, peşəkar karyerasına 2018-ci ildə Tunisin "Sfaksien" klubunda başlayan Kris 4 il sonra Danimarka təmsilçisi "Midtyulland"a keçib. O, 2023-cü ildən "Mafra"nın formasını geyinib.

Xatırladaq ki, "Qarabağ" bunadək daha iki futbolçunu - braziliyalılar Dani Bolt və Pedro Bikalyonu transfer edib.


Etiketlər:  Qarabağ yeni transferinə qədər xərcləyib Yenilənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ