Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bunu futbolçulardan tələb etməyimiz doğru çıxmaz''

''Bunu futbolçulardan tələb etməyimiz doğru çıxmaz''

Tarix: 12 Iyul 2025 10:26

İki yaxşı oyun alındı. Bütün futbolçularımıza 90 dəqiqə oynamaq üçün şərait yaratdıq.

Sonxeber.net xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avstriya toplanışında Niderlandın "Tvente" komandasına qarşı keçirdikləri yoxlama oyunlarından sonra klubun rəsmi saytına açıqlamasında deyib.

53 yaşlı mütəxəssis yaxşı oyun fəlsəfəsi olan, güclü və intizamlı rəqiblə qarşılaşdıqlarını bildirib. Onun sözlərinə görə, nəticədən çox meydanda etdikləri vacib idi:

"Bütün istəklərimizin düzgün icra edilməsini futbolçulardan hələ tələb etməyimiz doğru çıxmaz. Səhvlər qaçılmazdır. Lakin hər iki matçda komandamızın çıxışı gələcəyə ümid verdi. Hazırlıq dönəminin ən vacib günü idi. Oyunları zədəsiz tamamlamağımız da sevindirici məqamdır".

Baş məşqçi yeni transferlər Dani Bolt və Pedro Bikalyonun çıxışına da münasibət bildirib:

"Həm məşqdən-məşqə, həm də oyundan-oyuna hər şey yaxşılığa doğru gedir. Hər ikisi məsuliyyətli futbolçudur. Əlbəttə, hələ potensiallarını tam açmayıblar. İnanıram ki, zamanla daha yaxşı forma yığacaqlar".

Qeyd edək ki, "Qarabağ" "Tvente"yə qarşı eyni gündə iki yoxlama oyunu keçirib. Bunların birincisində 3:2 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi ikincisində uduzub - 1:2.


Etiketlər:  Bunu futbolçulardan tələb etməyimiz doğru çıxmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ