Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2025 11:36
PKK terror təşkilatının silahı yerə qoyması Türkiyə üçün əhəmiyyətli bir hadisədir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Nyu Yorkda brifinq zamanı deyib.
"ABŞ-ın PKK/YPG-yə bir dövlət daxilində öz müstəqil idarə edə biləcəkləri dövləti yaratmaqda köməklik göstərməyə borcu yoxdur", - səfir əlavə edib.
PKK-nın Suriyadakı quruluşundan danışan T.Barak bildirib ki, Azad Kürdistan olmayacaq:
"Ayrı bir SDG dövləti olmayacaq. Yalnız Suriya var. SDG YPG-dir. YPG də PKK-nın törəməsidir".