Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Məni ev yıxan qadın kimi tanıyırlar''

''Məni ev yıxan qadın kimi tanıyırlar''

Tarix: 12 Iyul 2025 21:50

"Əgər bir qadın həyatına girdiyi kişinin həyatını dağıdırsa, ailəsini dağıdırsa, deməli, bu, bir plandır".

Sonxeber.net musavat.com-a istinadla bildirir ki, bu sözləri müğənni Aysel Əlizadə "Çərçivədən kənar" layihəsində deyib.

Sənətçi illər öncə gündəmə gəldiyi evli şəxs ilə münasibətdə olması haqda yayılan xəbərlərə ilk dəfə açıqlama verib:

"Əgər bir qadın həyatına girdiyi kişinin həyatını dağıdırsa, ailəsini dağıdırsa, deməli, bu, bir plandır. Dəfələrlə bunu görmüşük də, eşitmişik də. O məsələdə bir tərəf ev istəyirdi, bir tərəf də reytinq. Hər ikisi də əldə olundu. O xanım ərindən bir il öncə boşanıb, daha sonra ev almaq üçün verilişə çıxıb dedi ki, Aysel həyatımı dağıdıb. Olan mənə oldu, hər kəs məni ailə dağıdan, ev yıxan biri kimi gördü. Əgər belə bir şey var idisə, indi mən həmin bəylə ailəli olmalı idim. Kiminsə ailəsini dağıdıramsa, mən ailə qurmalı idim. Amma ortada belə bir şey yox idi".


Etiketlər:  Məni yıxan qadın kimi tanıyırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ