Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsti havada arıqlamağın yolu

İsti havada arıqlamağın yolu

Tarix: 13 Iyul 2025 01:00

İsti havada arıqlamağın yolu açıqlanıb.

Sonxeber.net xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşux isti günlərdə çəki atmaq üçün faydalı tövsiyələr verib. Mütəxəssis gün ərzində kifayət qədər su içməyi və yüngül qidalar seçməyi məsləhət görüb. O bildirib ki, menyuda daha çox təzə tərəvəz, meyvə və az yağlı zülal olmalıdır.

Kaşux vurğulayıb ki, arıqlamanın əsas şərti kalori çatışmazlığıdır. Eyni zamanda fiziki hərəkət vacibdir, amma günün ən isti saatlarında ağır məşqlərdən qaçmaq, onları səhər və ya axşama keçirmək tövsiyə olunur.

Həkim əlavə edib ki, əgər başgicəllənmə, zəiflik və ürəkbulanma hiss olunarsa, dərhal sərin yerə keçmək və orqanizmi maye ilə təmin etmək lazımdır.


Etiketlər:  İsti havada arıqlamağın yolu


RƏYLƏR