Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?

Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?

Tarix: 13 Iyul 2025 16:39

Faydalı bildiyiniz qidalar, meyvələr belə qanı qatılaşdıra bilər. Xüsusən yayda orqanizmdə susuzlaşma fonunda qan daha da qatılaşır.

Sonxeber.net xəbər verir ki, ürək-damar cərrahı Pavel Vladimirov kartof, banan, şirniyyat və hətta bəzi sağlam qidaların potensial qan qatılaşdırıcı olmasını bildirib.

Həkim xatırladıb ki, qanın qatılaşması damarların tıxanması riskini artırır, ən vacib orqanlara - ürək və beyinə qan tədarükünün pozulmasına gətirib çıxarır. Bu cür pozuntuların nəticələri insult və infarkt ola bilər. Xüsusən yaşlılar üçün zərərli məhsulların adları çəkilib.

"Qanın maye komponenti var - plazma və formalaşmış elementlər. Onların arasındakı tarazlıq qanın nə qədər duru və ya qatı olduğunu müəyyən edir. Qan qatılaşması plazma miqdarının azalması ilə əlaqədardır", - həkim qeyd edib.

Qatılaşmanı artıran qidalar:

Kartof, banan, şəkər, bütün şirniyyatlar, alkoqol, qazlı içkilər, bəzi göyərtilər: cəfəri, şüyüd, qoz.

Ateroskleroz, diabet, varikoz damarları kimi xroniki pozğunluqları olanlar bu məhsulları məhdudlaşdırmalı və ya tamamilə istisna etməlidir.  /Medicina.az


Etiketlər:  Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır yeyək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ