Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2025 21:15
İTV-nin aparıcısı vəzifəsindən gedib.
Sonxeber.net xəbər verir ki, aparıcı Nərmin Salmanova yeni təyinatı ilə əlaqədar olaraq 6 illik iş yerini tərk edir.
"Bu gün mən olduqca çətin bir seçim etməli oldum. 6 il yarımdır çalışdığım doğma İTV-dən ayrılmaq... Burada Qarabağın işğaldan azad olduğunu elan etdim, dövlət başçısından müsahibə almaq imkanım oldu, "Eurovision" müsabiqəsində nəinki Avropa, bütün dünya telekanallarının efirində göründüm. Bu, yaşadıqlarımın sadalanacağı paylaşım deyil, bunlarla sizi yormaq fikrim yoxdur.
Həyat çağırışdır. Özümü başqa sahədə də sınamaq istəyirəm. Necə alınacaq, açığı, bilmirəm. Ən azı buradakı qədər üzərimdə çalışacağam. Kaş ki seçim etməli olmasaydım. Sadəcə, İctimai Televiziyanın qaydalarına əsasən hər iki müəssisəyə çalışmaq mümkün olmayacaqdı.
Qısası, bura üçün çox darıxacağam. Artıq darıxıram... Heç də hər iş yerində insan özünü evdə, sanki işləmirmiş kimi hiss etmir.
Məndə potensial görüb özümü doğrultmağım üçün şərait yaradan Balakişi Qasımova və Murad Hüseynova minnətdaram. Doğma komandaya hər zaman indiki kimi fərqli, zövqlü qalmağı və daima zirvədə olmağı arzulayıram".
Aparıcı bildirib ki, yeni təyinatı barədə qarşıdakı günlərdə açıqlama verəcək.