Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2025 21:30
Türkiyəli aktrisa Pınar Deniz meneceri Ayşe Barımın sahibi olduğu "İD Consultancy" agentliyi ilə müqaviləsini ləğv edib.
Sonxeber.net yerli mətbuata istinadən xəbər verir ki, Pınar Deniz sosial media hesabında şirkəti izləmədən çıxarıb və artıq başqa bir agentliklə əməkdaşlıq etməyə razılaşıb.
Qeyd edək ki, Ayşe Barım yanvarın 27-dən etibarən həbsdədir. Ondan əvvəl məşhur cütlük Hazal Kaya və Ali Atay da Barımla müqavilələrini dayandırmışdı.
Xatırladaq ki, Pınar Deniz aktyor Kaan Yıldırımla evlidir. Cütlüyün bir övladı var.