Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gündəlik makiyaj edən qadınlara xəbərdarlıq - 12 illik araşdırma riski üzə çıxardı!

Gündəlik makiyaj edən qadınlara xəbərdarlıq - 12 illik araşdırma riski üzə çıxardı!

Tarix: 23 Iyul 2025 02:03

ABŞ-da aparılan genişmiqyaslı araşdırma gündəlik makiyaj vərdişlərinin sağlamlıq üçün ciddi risklər daşıdığını ortaya qoyub.

Sonxeber.net xəbər verir ki, ABŞ Milli Ürək, Ağciyər və Qan İnstitutunun apardığı 12 illik araşdırma gündəlik makiyaj edən qadınlar arasında böyüklərdə başlayan astma xəstəliyinin yayılma riskini əhəmiyyətli dərəcədə artırdığını sübut edib. Araşdırmaya 40 minə yaxın qadın cəlb olunub və nəticələr narahatlıq doğurur.

Məlum olub ki, dodaq boyası, ənlik, göz kölgəsi, saxta dırnaqlar və cuticle kremləri kimi məhsullardan həftədə 5 dəfə və daha çox istifadə edən qadınlarda astma riski 47%-ə qədər artır. Bu məhsullarda olan bəzi kimyəvi maddələrin (paraben, ftalat, PFA və fenollar) immun və hormonal sistemlərə mənfi təsir göstərdiyi ehtimal olunur.

Mütəxəssislər məhsulların tərkibindəki Polifluoroalkil maddələr (PFA), ftalatlar, parabenlər və fenolların uzunmüddətli istifadədə tənəffüs sisteminə zərər verə biləcəyini bildirirlər. Bu maddələr bədəndə toplanaraq xroniki astma simptomlarına yol aça bilər.

Tədqiqatçılar bildirirlər ki, bu məhsullardan istifadə edən və tez-tez öskürək, nəfəs darlığı, hırıltı və döş qəfəsində sıxılma yaşayan qadınlar gecikmədən mütəxəssisə müraciət etməlidir.

Əvvəlki araşdırmalar göstərir ki, hamiləlik dövründə bu kimyəvi maddələrə məruz qalan qadınların uşaqlarında da astma riski yüksəlir. Bu isə yalnız fərdi deyil, nəsillərə təsir edən bir sağlamlıq problemi ilə üz-üzə olduğumuzu göstərir.

Nə etmək olar?

Mütəxəssislər qadınlara kosmetik məhsul seçərkən:

Tərkibi oxumağı
Kimyəvi maddələrdən uzaq durmağı
Mümkün qədər təbii və sertifikatlı məhsullara üstünlük verməyi tövsiyə edirlər.


Etiketlər:  Gündəlik makiyaj edən qadınlara xəbərdarlıq illik araşdırma riski üzə çıxardı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ