Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nə gəzə, nə də danışa bilir... - FOTO

Nə gəzə, nə də danışa bilir... - FOTO

Tarix: 23 Iyul 2025 09:45

Hollivud aktyoru Bryus Uillisin səhhəti daha da pisləşib.

Sonxeber.net xəbər verir ki,  bu barədə "The Express Tribune" nəşrinə istinadən xəbər verir.

O, demensiya səbəbindən gəzə və danışa bilmir.

Nəşr qeyd edir ki, aprel ayında aktyorun yaxınları Uillisin vəziyyətinin stabil olduğunu bildirmişdilər və o vaxtdan bəri aktyorun səhhətində pisləşmə barədə rəsmi açıqlama verməyiblər.

Qeyd edək ki, Brüs Uillis 1955-ci il martın 19-da Almaniyanın İdar-Oberşteyn şəhərində amerikalı ata və alman anadan ibarət ailədə dünyaya göz açıb.

O, "Die Hard", "Pulp Fiction", "Armageddon" və "The Fifth Element" filmlərindəki rolları ilə şöhrət qazanıb.

1987-2000-ci illərdə aktrisa Demi Mur ilə evli olub. 2009-cu ildə ingilis aktrisa və model Emma Heminqlə ailə həyatı qurub.


Etiketlər:  gəzə danışa bilir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ