Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müğənni Dəniz Əsədova həbsdə qaldı

Müğənni Dəniz Əsədova həbsdə qaldı

Tarix: 30 Iyul 2025 14:25

Həbsdə olan müğənni Dəniz Əsədovanın barəsindəki hökmdən verdiyi şikayətə baxılıb.

Sonxeber.net xəbər verir ki, bu barədə "Report"a vəkil, həmçinin iş üzrə xüsusi ittihamçı olan Asim Abbasov məlumat verib.

O bildirib ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Dəniz Əsədovanın şikayəti təmin edilməyib və barəsində olan 7 ay azadlıqdan məhrumetmə cəzası qüvvədə qalıb.

Qeyd edək ki, vəkil onun barəsində böhtan və təhqir xarakterli məlumatlar yaydığı üçün müğənni Dəniz Əsədovanı məhkəməyə verib.


Etiketlər:  Müğənni Dəniz Əsədova həbsdə qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ