Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Kurtlar Vadisi”nin məşhur aktyorunun son halı sevənlərini ÜZDÜ - FOTOlar

“Kurtlar Vadisi”nin məşhur aktyorunun son halı sevənlərini ÜZDÜ - FOTOlar

Tarix: 3 Avqust 2025 16:00

Bir dövrə damğa vuran "Kurtlar Vadisi" serialında Mehmet Karahanlının sağ qolu "Kılıç Bəy" və "Hayat Bilgisi"ndə Hidayət Hoca obrazı ilə yadda qalan məşhur aktyor Atilla Olqaçın son görüntüsü sosial mediada həm təəccüb, həm də duyğusal reaksiyalarla qarşılanıb.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, 81 yaşlı sənətçinin yeni layihəsi üçün çəkiliş meydanına qayıtması və illər içindəki dəyişimi sosial mediada geniş müzakirələrə səbəb olub. Bir çox izləyici onun görünüşünə "İllər heç acımayıb", "Çox dəyişib" kimi şərhlər yazıb.

Uzun müddət sonra yenidən kamera qarşısına keçən Atilla Olqaçın yeni layihəsi izləyicilər arasında maraqla qarşılanıb. Teatr ilə sənət həyatına başlayan və sonradan kino-televiziya dünyasında saysız layihələrdə yer alan Olqaç, təcrübəsi və peşəkarlığı ilə sənət dünyasında hörmət qazanan aktyorlardan biridir.

81 yaşında olmasına baxmayaraq, aktyorluq karyerasını davam etdirməsi, onun sənətə olan sevgisini və sadiqliyini bir daha göstərir. Yeni layihədəki çıxışı maraqla gözlənilən sənətkar, illərin ona təsir etməsinə baxmayaraq tamaşaçı ilə yenidən görüşə hazırdır.

Hüseyn


Etiketlər:  Kurtlar Vadisinin məşhur aktyorunun halı sevənlərini ÜZDÜ FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ