Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cüdoçularımızdan 4 medal

Cüdoçularımızdan 4 medal

Tarix: 3 Avqust 2025 16:50

Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə gənclər arasında Avropa Kuboku start götürüb. 

Sonxeber.net xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 4 cüdoçusu fəxri kürsüyə qalxıb.

-60 kq çəki dərəcəsində Nihad Məmişov və -73 kq çəkidə Əbil Yusubov bütün rəqiblərinə qalib gələrək qızıl medal medal qazanıblar. Fərid Qarayev (-60 kq) gümüş, Məhəmməd Musayev (-66 kq) isə bürünc medala sahib olub. 

2 qızıl, 1 gümüş və 1 bürünc medala malik Azərbaycan ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb. 

Qeyd edək ki, turnirə 26 ölkədən 226 idmançı qatılıb.


Etiketlər:  Cüdoçularımızdan medal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ