Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2019 22:40
Bakı. Trend:
Fransada andlı iclasçılar məhkəməsinin qərarı ilə 2015-ci ildə Nitsada hərbçilərə bıçaqla hücum edən Musa Kulibali 30 illik cəzaya məhkum edilib.
Trend-in məlumatına görə, bu barədə "Le Monde" qəzeti yazıb.
Məlumata əsasən, Kulibali əməlindən tövbə etməyib.
Bildirilib ki, həmin şəxs 2015-ci ilin fevralında yəhudi icma mərkəzinin yaxınlığında əsgərlərə hücum etmişdi.
Kulibali qeyd etmişdi ki, hücumu polisə, hərbçilərə və yəhudilərə qarşı nifrətə görə törədib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin