Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2025 19:42
"Leypziq"in hücumçusu Benyamin Şeşko karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Mançester Yunayted" sloveniyalı futbolçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qırmızı şeytanlar" Şeşko üçün Almaniya klubuna bonuslarla birlikdə 85 milyon avro təzminat ödəyəcək. 22 yaşlı forvard "Mançester Yunayted"də 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Leypziq" Benyamin Şeşkonu 2023-cü ilin yayında "Zalsburq"dan transfer edib. Sloveniya millisinin üzvü ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 21 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.