Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Burakla Fahriyə boşanır?

Burakla Fahriyə boşanır?

Tarix: 13 Avqust 2025 16:00

Məşhur türkiyəli aktyorlar Fahriye Evcen və Burak Özçivitin boşanmasını iddia edən xəbərlər yayılıb. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu iddiaların yaranmasına səbəb isə aktrisanın sosial şəbəkə hesabında Özçivit soyadını silməsi olub. 

Məlumata görə, ayrılıq dedi-qodularının yayılmasından saatlar sonra aktrisa yenidən Özçivit soyadını hesabına əlavə edib. 

Məşhur cütlük boşanma şayiələri ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Qeyd edək ki, Fahriye Evcen və Burak Özçivit "Çalıkuşu" serialının çəkilişləri zamanı sevgili olub. Onlar 2016-cı ildə ailə həyatı qurub. Cütlüyün 2019-cu ildə Karan, 2023-cü ildə isə Kərəm adlı övladları dünyaya gəlib.


Etiketlər:  Burakla Fahriyə boşanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ