Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İslamabadda hərbçilərimizi Azərbaycan dilində salamladılar - VİDEO

İslamabadda hərbçilərimizi Azərbaycan dilində salamladılar - VİDEO

Tarix: 14 Avqust 2025 10:34

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri ilk dəfə olaraq Pakistanın paytaxtı İslamabadda təşkil olunan və "Müstəqillik Günü" ilə "Haqqın Qələbəsi"nə həsr olunan hərbi paradda iştirak ediblər.

Sonxeber.net xəbər verir ki, hərbçilərimizin paraddakı keçidi xüsusi maraq doğurub. Tədbir zamanı aparıcılar Azərbaycan komandolarını "Pakistana xoş gəlmisiniz" və "Yaşasın Pakistan-Azərbaycan birliyi və qardaşlığı" şüarları ilə ana dilimizdə salamlayıblar.

Azərbaycan dilində səsləndirilən bu səmimi ifadələr və hərbçilərimizin paraddakı məğrur addımları sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Həmin görüntüləri təqdim edirik:


Etiketlər:  İslamabadda hərbçilərimizi Azərbaycan dilində salamladılar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ