Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2025 15:50
Məşhur amerikalı reper Lil Pump (əsl adı Qazzi Qarsia) avtomobil qəzasına düşüb.
Sonxeber.net xəbər verir ki, 24 yaşlı ifaçı maşın aşdıqdan sonra pəncərəni sındıraraq sağ çıxıb.
Reper Instagram-da bildirib ki, qəza ad günündən bir neçə gün əvvəl baş verib və ölümdən bir addım uzaqda olub:
"Tanrı var! Sağlamlıq sərvətdir. Pəncərəni sındırmasaydım, indi sağ olmazdım" .
Hadisədən sonra Lil Pump ad günü planlarını dəyişərək kilsəyə gedəcəyini açıqlayıb.