Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2025 17:32
Biləsuvar rayonunda şəhid Əmrah Xəlilzadənin qardaşının oğul övladı anadan olub.
Sonxeber.net xəbər verir ki, yeni doğulan körpəyə şəhid əmisi Əmrahın adı verilib.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi Əmrah İnqilab oğlu Xəlilzadə 1 avqust 1997-ci ildə Biləsuvar rayonunda anadan olub. Biləsuvar şəhər 6 saylı tam orta məktəbində orta təhsilini alıb.
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi xidmət qulluqçusu Əmrah Xəlilzadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində iştirak edib, Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə vuruşub və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Şəhid Əmrah Xəlilzadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib./oxu.az