Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan güləşçiləri komanda hesabında dünya üçüncüsü oldu

Azərbaycan güləşçiləri komanda hesabında dünya üçüncüsü oldu

Tarix: 25 Avqust 2025 00:22

Bolqarıstanın Samokov şəhərində keçirilən U20 dünya çempionatına yekun vurulub.

Sonxeber.net xəbər verir ki, Yunan-Roma güləşi üzrə millimiz mötəbər yarışda 1 dəst medal qazanaraq komanda hesabında 90 xal toplayıb və dünya üçüncüsü olub.

Millimiz həm medalların sayı, həm əyarı, həm toplanan xalları, həm də sıralamadakı mövqeyi baxımından son 3 ilin ən yaxşı nəticəsini göstərib.

Qeyd edək ki, komandamızın heyətində Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq) gümüş, Fəraim Mustafayev (67 kq) isə bürünc medal qazanıb.
 


Etiketlər:  Azərbaycan güləşçiləri komanda hesabında dünya üçüncüsü oldu


RƏYLƏR