Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2025 08:10
Aktrisa Ornella Mutinin (əsl soyadı Rivellidir) qızı aktrisa, model, müğənni Nayke Rivelli Rusiya vətəndaşlığı almaq üçün müraciət etmək qərarına gəlib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Nayke Rivelli hesab edir ki, beynəlxalq arenadakı son hadisələrdən sonra Avropa İttifaqı və İtaliya onun maraqlarını təmsil etmir.
Aktrisa "yarı rus" olduğunu xatırladıb. Belə ki, onun məşhur anasının nənə və babası (ana tərəfdən) Sankt-Peterburqda anadan olublar.