Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı idmançı dünya çempionu oldu

Azərbaycanlı idmançı dünya çempionu oldu

Tarix: 25 Avqust 2025 11:08

Azərbaycanlı üzgüçü Nüsrət Allahverdi dünya çempionu olub.

Sonxeber.net xəbər verir ki, 18 yaşlı idmançı Rumıniyada gənclər arasında keçirilən mundialda Türkiyə millisinin heyətinə qızıl medal qazandırıb.

O, 50 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 26,98 saniyə ilə finişə hamıdan tez çataraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Nüsrət Allahverdi ötən il Litvada keçirilmiş Avropa çempionatında eyni növ üzrə birinci yeri tutmuşdu. /Oxu.Az


Etiketlər:  Azərbaycanlı idmançı dünya çempionu oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ