Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda bu tarixi bina söküləcək? - AÇIQLAMA

Bakıda bu tarixi bina söküləcək? - AÇIQLAMA

Tarix: 7 Oktyabr 2025 16:00

Sosial mediada Bakı şəhəri, Rza Quliyev küçəsində yerləşən tarixi binanın söküləcəyi ilə bağlı məlumatlar yayılıb.

Sonxeber.net xəbər verir ki, binanın üzərində söküntü işarələrinin olduğu bildirilir.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, 1903-cü ildə inşa edilmiş və qeyd olunan ünvanda yerləşən yaşayış binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə dövlət tərəfindən qorunan memarlıq abidələrinin siyahısına daxil edilib:

"Bu səbəbdən binanın sökülməsi nəzərdə tutulmur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dəfələrlə vurğulanıb ki, hər hansı memarlıq abidəsinin sökülməsi yolverilməzdir".

Asya


Etiketlər:  Bakıda tarixi bina söküləcək AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ