Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlk milyarder futbolçu oldu

İlk milyarder futbolçu oldu

Tarix: 8 Oktyabr 2025 16:32

Portuqaliyalı ulduz Kriştiano Ronaldo futbol tarixində milyarder olan ilk aktiv futbolçu adını qazanıb.

Sonxeber.net xəbər verir ki, artıq idmanın ən çox qazanan oyunçusu sayılan Ronaldo bu ilin əvvəlində Səudiyyə Ərəbistanının "Əl Nassr" klubu ilə 400 milyon dollardan çox dəyəri olan yeni müqavilə imzalayıb. Bloomberg onun sərvətinin artmasında əsas səbəb kimi bu müqaviləni, həmçinin "Nike" və "Armani" kimi brendlərlə əməkdaşlıqlarını göstərib.

Ronaldo həm də Portuqaliya millisində 223 oyuna 141 qol vuraraq beynəlxalq futbolda ən çox qol vuran oyunçu titulunu qoruyur. 

40 yaşlı ulduz bu həftə Portuqaliya Futbol Qlobusunda Prestij mükafatı alaraq, karyerasına daha bir fərdi uğur əlavə edib.


Etiketlər:  İlk milyarder futbolçu oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ