Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2019 12:48
Bakı. Trend:
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç istefaya göndərilib.
Trend-in məlumatına görə, bu barədə AFFA-nın İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.
Qurum bu ilin əvvəlindən yığmanı çalışdıran xorvatiyalı mütəxəssisin işini qənaətbəxş hesab etməyib. Buna görə də müqaviləsi fevralda başa çatacaq baş məşqçi istefaya göndərilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin