Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sənin ərində gözüm yoxdur, mənə əxlaqsız gözü ilə baxa bilməzsən''

''Sənin ərində gözüm yoxdur, mənə əxlaqsız gözü ilə baxa bilməzsən''

Tarix: 16 Oktyabr 2025 14:35

"By_guniiii" ləqəbli tanınmış bloqer Günay Mehdiyevanın paylaşımı ilə diqqət çəkib. 

Sonxeber.net xəbər verir ki, model və aktrisa kimi çalışan Günay ailəsinin dağılmasından danışıb.

"Mən boşanmış qadınam, amma inan sənin həyat yoldaşında gözüm yoxdur. Heç vaxt kiminsə ərinə baxmaram. Kiminsə xoşbəxt ailəsinə öz nəfisimi tökmərəm. Sənə boşan deyə məsləhətlər verməyəcəyəm. Bütün həmcinslərimin xoşbəxt olmasını istərəm. Boşanmış adının necə ağır olduğunu bilirəm. Bir gün həyatımda kimsə olarsa, mənə əxlaqsız gözü ilə baxa bilməzsən, çünki sevib-sevilməyə mənim də haqqım var. Məni üzdəniraq kimi görə bilməzsən. Buy mənim seçimim yox, qismətimdir. Boşanmış olmağım gündə birinin yanına qaçmağım demək deyil. Məni qınamağa heç bir haqqın yoxdu. Başına nə gələcək, bilmirsən".

Sosial media fenomeninin bu sözləri kimə ünvanlaması izləyicilərdə suallar doğurub.

Musa


Etiketlər:  Sənin ərində gözüm yoxdur mənə əxlaqsız gözü ilə baxa bilməzsən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ