Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2025 10:05
Böyük Britaniya Sənət Şurası tarixində ilk dəfə olaraq türkiyəli müğənniyə "beynəlxalq artist" statusu verib.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ada məşhur pop ifaçı Mustafa Sandal layiq görülüb.
Sənət Şurası müğənniyə ömürlük "Global Artist" (Qlobal Artist) vizası təqdim edib. Bu viza vasitəsilə Sandala Böyük Britaniyada daimi yaşayış icazəsi verilib.
Böyük Britaniyanın Mədəniyyət Nazirliyi Mustafa Sandalın dünya miqyasında qazandığı uğurları, beynəlxalq səviyyədə keçirdiyi konsertləri və 8 fərqli dilə tərcümə edilən bəstələrinin 24 ölkənin hit-paradlarında birinci yeri tutmasını xüsusi olaraq qeyd edib.
Hüseyn