Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2019 17:48
Bakı. Trend:
Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində Latviya Seyminin sədri xanım İnara Murniese ilə görüşüb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan-Latviya parlamentləri arasında mövcud olan əməkdaşlıq yüksək qiymətləndirildi və əməkdaşlığın gələcək perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin Baltik ölkələri regional əməkdaşlıq formatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) arasında əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.
Azərbaycanın NATO ilə əməkdaşlığına diqqəti cəlb edən xanım İnara Murniese, Azərbaycanın NATO-nun Qətiyyətli Dəstək əməliyyatına mühüm töhfə verdiyini məmnunluqla qeyd edib.
İkitərəfli formatla yanaşı, Azərbaycan və Latviyanın beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı qeyd olunub.
Latviya Seyminin (Parlament) sədri "Şərq Tərəfdaşlığı" proqramı formatının Latviyanın xarici siyasət prioritetlərindən biri olduğunu və ölkəsinin Azərbaycanla bu çərçivədə hərtərəfli əməkdaşlığı dəstəklədiyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin