Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2019 10:40
Yunanıstan Super Liqasının 18-ci turunda hakimlər oyunlara çıxmayacaq.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, referilər bununla əlaqəli Hakimlər Komitəsinə məktub göndəriblər. Məktubda onlara edilən haqsızlıqlara və həqiqətə uyğun olmayan mənfi rəylərə görə həftənin matçlarını idarə etmək istəmədikləri bildirilib: "Şantaj və şər məqsədi ilə hakimlərə qarşı açılan məhkəmə işləri səbr kasasını dolduran sonuncu damla oldu. Buna görə də 18-ci turun oyunlarına çıxmamağı qərara aldıq".