Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2019 12:00
"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri bu mövsümün sonu Turin klubunu tərk edəcək.
Qol.az-ın xəbərinə görə, bu barədə "Sport Mediaset" məlumat yayıb. Bildirilir ki, klub prezidenti Andrea Anelli ilə transfer kampaniyasının müzakirəsi zamanı bu qərar verilib.
Nəşr yazıb ki, italiyalı mütəxəssis PSJ-yə keçməyi planlaşdırır. Onu "Yuventus"da Antonio Kontenin əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, M.Alleqri 2014-cü ildən İtaliya təmsilçisini çalışdırır. Onun komandası bu mövsüm ölkə çempionluğunu təmin edib. "Yuventus" Çempionlar Liqasında isə 1/4 final mərhələsində "Ayaks"a uduzaraq mübarizəni dayandırıb.