Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Paysis''in fəaliyyəti dayandırılıb

''Paysis''in fəaliyyəti dayandırılıb

Tarix: 11 Dekabr 2025 11:28

Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul təşkilatı - "Paysis" MMC-nin fəaliyyətini dayandırıb.

Sonxeber.net bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

"Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəsmi açıqlamasına əsasən internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əlaqəli qanunsuz əməllər ilə bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxslərlə yanaşı “Paysis” MMC və onun rəhbəri barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanılmış və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Cinayət işinin yekunları ilə bağlı məhkəmə qərarı qüvvəyə minənədək Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsi rəhbər tutularaq, “Paysis” MMC-yə lisenziyası çərçivəsində göstərilən bütün ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması əməliyyatları istisna olmaqla) dayandırılması barədə göstəriş verilib", - məlumatda vurğulanıb.


Etiketlər:  Paysisin fəaliyyəti dayandırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ