Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2019 12:40
Bakı. Rufiz Hafizoğlu - Trend:
Mayın əvvəlindən Türkiyədə Konqo-Krım qızdırmasından 3 nəfər həyatını itirib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Ölüm halları mərkəzi Anadolu bölgəsində qeydə alınıb.
2018-ci ildə isə Türkiyədə həmin xəstəlikdən 27 nəfər vəfat edib.
Qeyd edək ki, 2002-ci ildən bəri Türkiyədə 6 500 Konqo-Krım qızıdrmasına yoluxma halı qeydə alınıb, bunlarda 605 nəfər həyatını itirib.
Konqo-Krım qızdırması gənə dişləməsi nəticəsində yaranır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin