Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Xorvatiyada "Qəbələ" kimi şəraiti oan klub yoxdur" - Sopiç

Tarix: 15 Dekabr 2019 17:38

"Rəqibi təbrik edirəm. Onlar bizdən daha ağıllı oynadılar. "Qəbələ"nin heyətində 3, 6, 9 və 10 nömrəli futbolçuları fərqləndirərdim. Onlar meydanda fərq yaratdılar".
 
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Jelko Sopiç Azərbaycan kubokunun 1/4 finalının "Qəbələ" ilə ilk oyunundan sonra mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis böyükhesablı məğlubiyyəti (0:3) belə şərh edib: "İkinci hissədə göstərdiyimiz oyuna görə bir söz deyə bilmərəm. Əllərindən gələni etdilər. Bilirsiniz, futbolu qola görə oynayırlar. Yaxşı oynayıb, qol vurmursansa, bunun bir mənası yoxdur. Keyfiyyət bu oyunda da öz sözünü dedi".

O, cavab matçında geridönüş etmələrinin mümkün olduğunu bildirib: "Həyatda da çox nikbin insanam. Əlbəttə, ümid edirəm. Bunun üçün bütün gücümüzü ortaya qoymalı və ən azı 3 qol vurmalıyıq. Ancaq onu da deyim ki, son oyunlarda çox qol vurmamışıq. Bu, yenə də keyfiyyətin göstəricisidir".

Sopiç bu oyundan sonra qışda komandadan gedəcək futbolçuların siyahısına yeni adlar əlavə olunacağını deyib: "Bu, bizim imkanlarımız bağlıdır. Çempionatda bizdən aşağıda olan rəqibdən cəmi 1 xal irəlidəyik. Cərimə meydançasına 25 asma edib təhlükə yarada bilmiriksə, bizə nə lazım olduğunu artıq bilirik.

İlk dəfə Qəbələdə olan Sopiç oradakı infrastrukturu Xorvatiya klubları ilə müqayisə edib: "Deyə bilərəm ki, Xorvatiyada heç bir klubun bu cür 11 meydançası yoxdur. Klub təşkilatçılığı barədə nəsə deyə bilmərəm. Amma eşitdiyimə görə, Qəbələdə 11 məşq meydançası var. Bu isə çox yüksək göstəricidir. Bizdə belə şəraitə malik olan komandalar yoxdur".

 


Etiketlər:  Xorvatiyada Qəbələ kimi şəraiti oan klub yoxdur Sopiç


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ