Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2019 13:16
"Ayaks"ın iki futbolçusu Hakim Zieş və Nussayr Mazraui Çempionlar Liqasının yarımfinalında "Tottenham"la cavab oyunu (2:3) zamanı oruclarını açıblar.
Qol.az-ın məlumatına görə, iki müsəlman oyunçu görüşün 24-cü dəqiqəsində oruclarını açmaq üçün meydanın kənarına gediblər. Bundan 11 dəqiqə sonra H.Zieş komandasının ikinci qolunun müəllifi olub.
Qeyd edək ki, Zieş və Mazraui 90 dəqiqə meydanda olublar.