Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2019 18:40
Türkiyədə yaşayan azərbaycanlıların sənədləşdirilməsi mərhələli şəkildə həll olunacaq.
Sonxeber.net Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim məlumat verib: "Bizim qarşımızda bununla bağlı ali rəhbərlik tərəfindən də tapşırıqlar qoyulub. Səfirlikdə bizim Daxili İşlər Nazirliyinin təmsilçiləri də var. Dövlət Miqrasiya Xidməti, Diasporla İş üzrə Dövlət Komitəsi bu məsələnin həlli istiqamətində işlər görür. Bu yaxınlarda da səfirlik tərəfindən bu məsələ ilə bağlı müvafiq işlər görülüb, yazışmalar aparılıb. Artıq həmin azərbaycanlıların siyahısı hazırlanaraq Türkiyə tərəfinə təqdim edilib. Yəqin ki, qısa zamanda bu məsələ hissə-hisə həll olunacaq".
X.İbrahim bildirib ki, eyni zamanda Türkiyədə yaşayan uşaqların təhsil problemi də var: "Türkiyənin təhsil naziri ölkəmizə səfər edərkən Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov bu məsələni onun qarşısında ciddi şəkildə qaldırıb ki, sənədsiz uşaqlar da normal məktəblərdə təhsil ala bilsinlər".