Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2019 21:06
Havaların soyuması ilə yanaşı xəstəliklər də qaçınılmaz olur. Hava yolu ilə bulaşan qrip zamanı elə qidalar var ki, onları qəbul etmək sağalmağımızı ləngidir.
Sonxeber.net xəbər verir ki, qrip olan zaman həkimlər antihistamin əleyhinə dərmanlar məsləhət görürlər. Çünki bizi qripə və allergiyaya yoluxduran histamin maddəsidir. Bəzi qidaların tərkibində təbii histamin maddəsi olduğuna görə onları qrip zamanı yemək məsləhət görülmür.
Belə ki, histaminlə zəngin olan qidalardan biri də mayalı qidalardır. Mayalı qidalara turşu-marinad, pendir, sirkə, qatıq, ayran daxildir. Lakin bunları yeməyi tamamən kəsmək yerinə azaltmaq daha xeyirlidir. Histaminlə zəngin olan digər qida şokaladdır.
Qrip olan zaman şokalad yemək qəti məsləhət görülmür. Digər tərəfdən şokaladın tərkibində rafinad olduğuna görə immun sisteminin güclənməsinə mane olur.