Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2019 22:46
Vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı vergi qanunvericiliyinin tələblərinin sərtləşdirilməsi aktuallaşıb.
Sonxeber.net xəbər verir ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, parlamentdə qəbul edilən Vergi Məcəlləsinə son dəyişikliklərdə POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmasından və nağdsız ödənişlərin qəbul olunmasından imtina hallarına görə maliyyə sanksiyalarının tətbiqi təsbit edilib. Artıq 2020-ci ildən həmin obyektlərdə plastik kartlar vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina faktlarının müəyyən edilməsi məqsədilə maliyyə sanksiyaları tətbiq olunacaq. Təqvim ili ərzində ilk dəfə POS-terminalların quraşdırılmamasına və ya onu təqdim etməkdən imtina halına yol verdikdə sahibkarlıq subyektinə 1000 manat, ikinci dəfə yol verdikdə 3000 manat, üç dəfə və daha artıq yol verdikdə isə 6000 manat maliyyə sanksiyası tətbiq olunacaq.
Nazirliyin Vergi Siyasəti İdarəsinin rəisi Samirə Musayeva bu məsələyə ilə bağlı deyib: "Sahibkarlıq subyektlərinin qanunsuz əməlləri ilə mübarizə aparmaq, həmçinin nağdsız hesablaşmaları stimullaşdırmaq üçün ötən il qanunvericiliyə edilən dəyişikliklərdən sonra hələ də pərakəndə ticarət və iaşə obyektlərində POS-terminalların quraşdırılmaması və ya quraşdırıldığı halda istehlakçıya ondan istifadə üçün şərait yaradılmaması hallarına rast gəlirik. Həmin hallara görə sahibkarlıq subyektlərinə maliyyə sanksiyalarının tətbiq eidlməsi nəzərdə tutulub. Bu növ maliyyə sanksiyaları nağd hesablaşmalar zamanı nəzarət-kassa aparatlarının quraşdırılmaması və ya çekin təqdim edilməməsinə görə mövcud olan sanksiyalara bərabər tutulur".