Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2019 23:51
Tanınmış rusiyalı həkim-revmatoloq və bir sıra kitabların müəllifi Pavel Evdokimenko öz İnternet kanalında çox ucuz və effektli dərmanlar haqqında məlumatlar verir.
Həkimin sözlərinə görə, angina (tonzillit) zamanı həkimlərin əksəriyyəti dərhal antibiotiklər təyin edir. Lakin anginanı tək mikroblar deyil, viruslar və göbələklər də törədə bilər. Bu səbəbdən həkim dərhal antibiotiklərə əl atmağı tövsiyə etmir.
Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, Evdokimenkonun sözlərinə görə, boğaz iltihabları müalicə etmək üçün hal hazırda az istifadə olunan, unudulmuş, lakin çox effektli vasitə var. Bu yodinoldur (rus dilində - "йодинол"). (Bizim apteklərdə bu preparatın qiyməti təxminən 70 qəpikdir.)
Yodinol necə istifadə olunur?
Kəskin tonzillit zamanı: 2 x.q. yodinolu 1 stəkan qaynanmış ilıq suda həll edin və bu məhlulla boğazınızı gündə 3-4 dəfə qarqara edin. Qarqaradan sonra 15-20 dəqiqə ərzində xəstə heç nə yeməməli və içməməlidir. Müalicə kursu - 3-7 gün.
Xroniki tonzillit zamanı müalicə kursu 7-10 gün təşkil edir.
Diqqət! Bu şəxslər yodinolundan istifadə etməməlidir:
- 5 yaşına kimi uşaqlar