Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 10:40
Rusiyanın Xalq artisti Valeriyanın oğlu Arseni Şulqin həftə ərzində üçüncü dəfə yol qəzasına düşüb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müğənninin oğlu sosial şəbəkədə paylaşım edib. O "story" paylaşaraq "Dostlar, düşünə bilərsiniz ki, bu bir zarafatdır. Ancaq zarafat deyil. 3-cü dəfə qəzaya düşdüm" yazıb.
Arseninin sözlərinə görə, qəza zamanı ciddi xəsarət almayıb. Sadəcə avtomobillər bir-biri ilə yüngülvari toqquşub.
"Dəhşətli bir şey olmadı. Maşınımın nömrə nişanı çərçivəsini dəyişməliyəm. Heç yol polisi də çağırmadıq", - deyə Arseni bildirib.