Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İlham Əliyevlə danışdım, məni gözləyir'' - Ərdoğan ''Avro-2020''yə gəlir

''İlham Əliyevlə danışdım, məni gözləyir'' -  Ərdoğan ''Avro-2020''yə gəlir

Tarix: 16 Dekabr 2019 11:34

"Avropa çempionatının açılış matçının İtaliyada keçirilməsi qəribədir. İtaliya qrup oyunlarını öz meydanında keçirəcək. Bu necə ola bilər?"

Qol.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin bir sıra aparıcı televiziya və radiolarının ortaq yayımı ilə efirdə gedən “Gündem Özel” proqramında qonaq olarkən deyib.

Dövlət başçısı yayda keçiriləcək Avropa çempionatında İtaliya –Türkiyə matçını izləyib-izləməyəcəyi ilə bağlı sualı cavablandırarkən A qrupunda Uels və İsveçrə ilə matçlar zamanı Bakıya gələcəyini bildirib: "Açılış oyunu zamanı Romaya getməyə bilərəm. Qrupdakı digər iki matçımız Bakıda keçiriləcək. Bakıdakı oyunlara gedə bilərəm. İlham Əliyev qardaşımla da danışmışıq, məni gözləyir. İnşallah, Bakıya gedib, iki oyunumuzu orda izləyəcəyik. Ümid edirəm ki, qrupdan çıxarıq".

Qeyd edək ki, iyunun 17-də Türkiyə - Uels, 21-də isə İsveçrə - Türkiyə matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.

 


Etiketlər:  İlham Əliyevlə danışdım məni gözləyir Ərdoğan Avro 2020yə gəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ