Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 14:20
Erməni ailəsinin övladlığa götürüb Ermənistana apardığı Eldəniz Məmmədov (Armen) doğma anası Qəndab Əhmədovaya qovuşub.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, 51 illik həsrətə Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramı son qoyub.
Onların görüşü Eldənizin hazırda yaşadığı Rusiyanın Rostov şəhərində baş tutub. 65 yaşlı ana ilə 51 yaşlı oğulun görüşündə təsirli anlar yaşanıb.
1954-cü il təvəllüdlü Qəndab Əhmədova 14 yaşı olarkən qohumu tərəfindən evlənmək məqsədilə zorla qaçırılıb. Nikah yaşına çatmayan qızla cinsi əlaqəyə girdiyinə görə onu qaçıran şəxs həbs olunur və 8 il azadlıqdan məhrum edilir. Qəndab ata evinə qaytarılır. Lakin sonra onun hamilə olduğu məlum olur. Beləliklə, 1 yanvar 1968-ci ildə qaçırılan Qəndab 13 oktyabr 1968-ci tarixində oğlu Eldənizi dünyaya gətirir. Uşağa ananın soyadı verilir. Əhmədova Qəndab xanımın qızlıq soyadı Məmmədovdur. Beləliklə, doğulan körpənin doğum şəhadətnaməsində Eldəniz Məmmədov Famil oğlu yazılır. Qəndabın ailəsi bu uşağı qəbul etmir və atılır. Faciə də bundan sonra başlayır...