Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir çox ölkələrdə tolerantlıq zəifləyib, bunun səbəbi isə... - Səyavuş Heydərov

Bir çox ölkələrdə tolerantlıq zəifləyib, bunun səbəbi isə... - Səyavuş Heydərov

Tarix: 16 Dekabr 2019 14:30

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə "Din və multikultural təhlükəsizlik" mövzusunda konfrans keçirilib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan DQİDK sədrinin müavini Səyavuş Heydərov dünyada dini zəmində baş verən hadisələrdən danışıb. O qeyd edib ki, dünyanın aparıcı güc mərkəzləri, bəzi iddialı ölkələr insan hüquqları, din azadlığı anlayışından öz geosiyasi, geoiqtisadi maraqlarını təmin etmək üçün bir alət, vasitə kimi ifadə etməkdədirlər:

"Bunun da acı nəticəsi Yaxın Şərqdə görülməkdədir. Narahatedici məqam ondan ibarətdir ki, hələ də bu neqativ, təhlükəli proseslərdən zəruri nəticə çıxarılmayıb. Bu zəmində baş verən proseslər daha da genişlənməkdədir".

Komitə sədrinin müavini vurğulayıb ki, belə bir zamanda əsası ulu öndər tərəfindən qoyulan dövlət-din münasibətləri və müasir multikulturalizm siyasəti Azərbaycanda yaşayır:

"Bu siyasət bəşəri dəyərlər sisteminə, xüsusilə beynəlxalq təhlükəsizliyə yaranmış təhdidlərin qarşısının alınmasında çox önəmli strategiyaya çevrilib. Artıq dünya birliyinin gözü Azərbaycanın bu siyasətinə yönəlib".

S.Heydərov qeyd edib ki, dünyada radikalizmin, ekstremizmin fəsadlarına qarşı mübarizədə Azərbaycan strategiyasının alternativi yoxdur.


Etiketlər:  çox ölkələrdə tolerantlıq zəifləyib bunun səbəbi isə Səyavuş Heydərov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ