Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 16:55
Xalq artisti Samir Cəfərov həmkarı Ülvi Qılıncın ünvanına sərt sözlər deyib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, "ATV maqazin onlarla"ya danışan opera ifaçısı Ülvinin "Öz ölümümün vaxtını bilirəm" fikirlərinə münasibət bildirib. O, sənətçi haqda sərt sözlər deyib:
"Deyir ki, ölmək istəyirəm. Bu, Allahın işidir. Ölüm o zaman gerçəkləşir ki, insan şəxsiyyətini itirir. Bir insanın şəxsiyyəti öldüsə, həmin gün gözümdə ölü sayılır. Ülvi gəzən ölüdür. Boyu-buxunu, sənəti, səsi var. O, axıradək getməyən tenordur. Öz bacarığını sonadək kamilləşdirməyib, yarıda qalıb. Ülvi, get, sənətlə məşğul ol, qıraqda qalmısan".