Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 19:06
"Formula 1"in keçmiş sahibi və baş direktoru, milyardçı Berni Ekklstounun qızı, model Tamara Ekklstounun evi qarət olunub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Londonda yerləşən və mühafizə olunan evdən dəyəri 50 milyon funt (67 milyon dollar) qızıl-zinət əşyaları oğurlanıb. Hadisə ötən həftənin cümə günü baş verib.
Oğurlanan əşyalar arasında atasının Tamaraya toy hədiyyəsi olaraq verdiyi 80 min funt dəyərindəki bilərzik da var. Hələlik faktla bağlı saxlanılan yoxdur.