Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 23:48
Soğan ən faydalı tərəvəzlərdən biri sayılır. Soğanın bir çox növləri var.
Bazarlarda ağ, sarı və qırmızı soğan satılır. Görəsən, bunlardan hansı ən faydalıdır?
Kanada alimlərinin araşdırmaları göstərib ki, bütün soğan növləri arasında qırmızı soğan ən faydalı xüsusiyyətlərə malikdir. Araşdırmanın nəticələri nüfuzlu Food Research International jurnalında dərc olunub.
Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, qırmızı soğanın tərkibində olan kversetin və antosian antioksidantlarının damarları möhkəmləndirmək və bununla da ürək-damar sistemi xəstəliklərinin riskini azaltmaq xüsusiyyətləri vardır.
Kversetin və antosian maddələri orqanizmdə gedən qocalma proseslərini ləngidir, sərbəst radikalların orqanizmə olan dağıdıcı təsirini azaldır, orqanizmi köhnə hüceyrələrdən təmizləyir.