Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 10:56
"Sahibkarlıq iqtisadi inkişaf üçün lokomotiv rolunu oynayır".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bu gün Bakıda Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində ərzaq və kənd təsərrüfatı sahəsində özəl sektorun rolunu əks etdirən seminarda bildirib.
Onun sözlərinə görə, ölkədə qeyri-neft sektorunun inkişafı müsbət haldır:
"Azərbaycan iqtisadiyyatı sərbəst bazar iqtisadiyyatına əsaslanır. Azərbaycan dayanıqlı inkişaf məqsədlərini uğurla yerinə yetirir. Kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar yaradılıb".