Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Başımda dəhşətli ağrılar başladı, dedim, məşq edə bilmirəm” – Jezniçak

“Başımda dəhşətli ağrılar başladı, dedim, məşq edə bilmirəm” – Jezniçak

Tarix: 17 Dekabr 2019 11:24

Bir müddət əvvəl “Qarabağ”ın sabiq müdafiəçisi Yakub Jeznikaçın səhhətində ciddi problemlər yaranıbmış.

Qol.az xəbər verir ki, bu haqda Polşa mediasına müsahibəsində futbolçu özü məlumat verib.

2018/19 mövsümünün sonu Ağdam klubundan ayrıldıqdan sonra vətəninə qayıdan Jezniçak karyerasını “Visla Plots” komandasında davam etdirməyə başlayıb. Bu il oktyabrın sonlarında klubun nümayəndələri Jeznikakın səhhətində ciddi problemləri olduğunu bildirib. Xəstəxanaya aparılan futbolçuya meninqit virusu diaqnozu qoyulub.

Bəs, hazırda Jezniçak özünü necə hiss edir?

Polşa kanallarından birinə müsahibə verən futbolçu hazırda özünü yaxşı hiss etdiyinu söyləyib: “Mən meninqiti yüz faiz sağaltmışam. İki gün sonra isə gözümü müalicə etməliyəm. Bundan sonra məşqlərə hazır olacağam. Hazırlığa yalnız yanvarın 8-dən başlaya biləcəyəm. Statistika göstərir ki, başdakı bu ağrılardan ildə cəmi min nəfərdə qeydə alınır ki, onlardan da biri mən idim. Başımda dəhşətli ağrı hiss etdim. Ertəsi məşqçimə dedim ki, məşq edə bilmirəm. Ona görə də o, məni evə yolladı ki, gedib, yatım. Amma ağrıdan bunu edə bilmirdim. Birinci günü mən artıq Plotskdakı xəstəxanadaydım. İlk müayinəm orda oldu. Amma heç nə aşkar edə bilmədilər. Təəssüf ki, ağrıkəsicilərin də xeyri olmadı” – deyə futbolçu olanları xatırlayır.

İkinci günü Varşavadakı xəstəxanaya aparıldığını deyən Jezniçak əlavə edib ki, buradakı müayinənin nəticəsində ona meninqit diaqnozu qoyulub: “Xoşbəxtlikdən bu, bakterial yox, virus idi. Çünki bakterial daha təhlükəlidir”. 

 


Etiketlər:  Başımda dəhşətli ağrılar başladı dedim məşq edə bilmirəm Jezniçak


RƏYLƏR