Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 12:44
Əməkdar artist Cabir Abdullayev ailəsini mediadan uzaq tutan sənət adamlarındandır.
Sonxeber.net xəbər verir ki, lakin "Şou ATV"nin efirində ilk dəfə olaraq əməkdar artistin qızı və oğlunun fotoları tamaşaçılara təqdim edilib.
Verilişin qonağı olan Cabir Abdullayev övladlarını ilk dəfə efirdə göstərdiyini və bunun onun çiyinlərində əlavə yük olacağını bildirib:
"Boynuma o qədər böyük yük qoyursunuz ki. O şəkillər heç vaxt efirdə getməyib. Çünki mən biraz qapalı insanam. Yəni, xoşum gəlmir ki, ailəm haqqında çox danışım. Biz bu həyatı yaşayırıqsa, təbii ki, tamaşaçılar üçün bizim ailə həyatımız maraqlıdır. Allah bizi heç vaxt utandırmasın. Bizim sənətimiz elə bir sənətdir ki, biz hər dəqiqə, hər saniyə diqqətli olmalıyıq. Övladın səhvi sənətkarın kariyerasının məhvi ola bilər. İndi mənim övladlarımın üstünə daha çox məsuliyyət düşəcək. Hər addımlarında ehtiyyatlı olmalıdırlar".