Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 13:21
Bakı. İlhamə İsabalayeva -Trend:
İndi "uşaq pulu" mövzusu ətrafında ictimai kampaniya aparılır.
Trend-in məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib.
Onun sözlərinə görə, "uşaq pulu" məsələsində optimal bir qərara gəlmək mümkündür:
"Lakin bunu o qüvvələr kampaniya şəklində edirlər ki, onların özlərinin bir uşaqla şəkilləri yoxdur. Bu adamlar uşağa qayğıdan elə danışırlar ki, doğrusu, heyran qalıram. Gələcək dövrdə sosial problemlərin həlli ilə bağlı qərarların davamı olacaq. Hesab edirəm ki, onların dəyərləndirilməsində birlikdə iştirak etməliyik".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin